Modern.az

TQDK-dan abituriyentlərə yeni xəbər

TQDK-dan abituriyentlərə yeni xəbər

20 Fevral 2013, 13:29

Abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə //system.goldenpay.az/tqdk/index.jsp və //tqdk.3dsecure.az/?agent=tqdk, NETMONEY kartlarından istifadə etməklə //www.netmoney.az/ və //www.portmanat.az/ İnternet ünvanlarından eldə etmək olar.

Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur. TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini də istifadəyə vermişdir.

Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. “Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir