Modern.az

Siyavuş Novruzov: “Prezidentliyə namizədliyin irəli sürülməsi seçkilərə start verildikdən sonra olsa da...”

Siyavuş Novruzov: “Prezidentliyə namizədliyin irəli sürülməsi seçkilərə start verildikdən sonra olsa da...”

20 Fevral 2013, 16:46

“Prezidentliyə namizədin kim olması ilə bağlı istənilən adam arzusunu, istəyini bildirə bilər. Ancaq prezidentliyə namizədliyin irəli sürülməsi proseduru seçkilər rəsmi şəkildə elan olunduqdan sonra olur”.

Bunu Modern.az-a açıqlamasında YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O, Həmkarlar İttifaqı və Ağsaqqallar Şurasının prezident İlham Əliyevin namizədliyini irəli sürməsi ilə bağlı məsələni hüquqi cəhətdən şərh edərkən deyib ki, sözügedən təşkilatların bu addımı atması təqdirəlayiqdir.

“Həmkarlar İttifaqı Azərbaycanda milyon yarımdan artıq insanı əhatə edir. Onlar öz arzusunu bildirirlər. Eyni zamanda Ağsaqqallar Şurası da. Habelə “Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti” də öz qurultayında cənab prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Qurultay ali orqan olduğundan və bu yığıncaq seçki prosesinə düşmədiyinə görə sözügedən təşkilatlar indidən öz fikirlərini bildirirlər”, – deyə S.Novruzov bildirib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir