Modern.az

Milli Məclisdən gözlənilməz addım

Milli Məclisdən gözlənilməz addım

20 Fevral 2013, 16:57

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bir sıra mühüm məsələlər müzakirə edilib. Modern.az-ın məlumatına görə, komitə iclasında Milli Məclisin regionlarda səyyar iclaslarının keçirilməsi qərara alınıb. Səyyar iclasların Gəncə, Xəzər və eləcə də Şəkidə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, ictimai iştirakçılığın maliyyələşməsi məsələsi xüsusi müzakirə olunmalıdır. Deputatın sözllərinə görə, İctimai Şura hansısa qurumu əvəz etməyəcək, tam yeni bir forma olacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir