Modern.az

Dillər Universitetində Çinin Yeni ili qeyd olunub

Dillər Universitetində Çinin Yeni ili qeyd olunub

20 Fevral 2013, 17:03

Bu gün Azərbaycan Dillər Universitetində (ADU regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirakı ilə Çinin Yeni il bayramı keçirilib. Modern.az xəbər verir ki, tədbirdən öncə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ilə görüşüb. Görüşdə çinşünaslıq ixtisasının fəaliyyətə başlaması, Çin dilinin tədrisi, tələbə-müəllim mübadiləsi barədə fikirlərini bölüşüblər. 

Çinin Yeni il bayramına həsr olunmuş tədbirdə çıxış edən ADU-nun rektoru Səməd Seyidov dünyanın müxtəlif dillərini özündə cəmləşdirən universitetdə 15-dən artıq xarici dilin tədris olunduğunu, müxtəlif ölkələrin mədəniyyətlərini və dillərini təbliğ edən mərkəzlərin fəaliyyət göstərdiyini deyib. Rektor keçən ildən başlayaraq universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisasının açıldığını, Çin dilinin tədrisinə başlanıldığını və bu ilin aprel ayında universitetdə Çin dili və mədəniyyəti mərkəzinin açılacağını vurğulayıb.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir