“Müsavat başqanı İsa Qənbərin evindəki əşyaların siyahıya alınması qanuna zidd deyil”. Bunu
Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, ədliyyə məmurlarının Müsavat başqanı İsa Qənbərin evindəki əşyaları məhkəmə qərarı əsasında siyahıya almasını doğru addım adlandırıb.
S. Novruzovun sözlərinə görə, məhkəmə tərəfindən cərimələnən şəxs bunu ödəmədiyi halda mülkiyyəti ilə bağlı siyahıyalma aparıla bilər.
“Siyahıya alındıqdan sonra qanunvericiliyə uyğun olaraq mülkw hüququn əsasında məsələ həll olunur”.
Aqşin Kərimov