Modern.az

“5 qəpik” kampaniyasından son xəbər: artıq pul qalıb

“5 qəpik” kampaniyasından son xəbər: artıq pul qalıb

Təhsil

20 Fevral 2013, 17:31

12 yanvar "Əsgər ölümlərinə son" aksiyasında cərimələnmiş vətəndaşlarımıza dəstək üçün aparılan "5 qəpik" ianə kampaniyası öz işini yekunlaşdırıb. Modern.az-ın məlumatına görə, kampaniyada ümumilikdə 14 min 37 manat pul toplanıb. Cərimələnən 29 nəfərdən 14 nəfərin, ümumilikdə, 13 min 200 manatlıq cəriməsi ödənib (Bunlardan 23 nəfərin cəriməsi kampaniya tərəfindən birbaşa banka ödənib, bir nəfərin cəriməsi isə ehtiyat olaraq saxlanıb).

Cərimələnənlərdən partiya mənsubları və ictimai fəallardan ibarət 5 nəfər, AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlı, Müsavat Gənclər Təşkilatı sədri Tural Abbaslı, “N!DA” Vətəndaş Hərəkatı idarə heyəti üzvləri Rəşad Həsənov və Turqut Qəmbər, Azad Gənclik Təşkilatı sədri Ülvi Həsənli isə qanunun və məhkəmə qərarlarının ədalətsizliyinə etiraz olaraq vətəndaş itaətsizliyi kampaniyasına qoşularaq cərimələri ödəməkdən imtina ediblər. 

İmtina olunan və əlavə toplanan məbləğlə birlikdə, ümumilikdə, 3250 manat isə ehtiyacı olan əsgər ailələri arasında bölüşdürülüb və ailələr ziyarət olunub. Bunlardan biri iflic olmuş əsgərimiz Davud Cəlillinin ailəsi, digər üç ailə isə qeyri-döyüş şəraitində, Daşkəsən və Göygöl hadisələrində həlak olmuş əsgərlərimizin ailələridir. 

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür