Modern.az

Azərbaycanda çəkilən film erməni dilinə tərcümə olunacaq

Azərbaycanda çəkilən film erməni dilinə tərcümə olunacaq

21 Fevral 2013, 11:03

Tarix boyu Azərbaycan xalqına qarşı təşkil edilən cinayətlərin, işğalçılıq siyasətlərinin kökündə nələrin dayandığını özündə əks etdirən film çəkilib. Bu barədə Modern.az-a məlumat verən rejissor Əbdül Mahmudov bildirib ki, “Qan yaddaşımız” adlandırılan film tarixi hadisələri əks etdirir.
“Öz filmimizdə qismən bunlara aydınlıq gətirmək istəmişik. Hər şeyi dəqiq faktlar, dəlil və sübutlarla göstərmişik. Azərbaycan qarşı edilən tarixi xəyanətlərin niyə bitib tükənmədiyini qismən açmağa çalışmışıq”.

Ə. Mahmudov filmi xarici dillərə tərcümə edib bütün dünyaya yaymaq fikrindədir. ““Qan yaddaşımız”ı dost-tanışların köməyi ilə ərsəyə gətirdik. Artıq Heydər Əliyev Fonduna müraciət etmişik. İstərdim ki, onların köməyi ilə filmi 5 dilə, o cümlədən erməni dilinə tərcümə edək”.

 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub