Modern.az

Deputat: “İcra başçıları özlərini kral kimi aparır”

Deputat: “İcra başçıları özlərini kral kimi aparır”

21 Fevral 2013, 11:25

“Rayon icra hakimiyyəti başçıları özlərini kral kimi aparırlar”. Bu sözləri Modern.az-a açıqlamasında deputat Yaqub Mahmudov bildirib. Milli Məclisin Sosial siyasət komitəsinin iclasında millət vəkili, akademik Yaqub Mahmudov rayon icra başçılarını tənqid edərək bildirib ki, ölkə prezidenti insanlara etimad göstərir, amma onlar bunu doğrultmurlar.
“Bunlar içərisində rayon icra hakimiyyəti başçılarını da göstərmək olar. Ancaq bəzən icra hakimiyyəti başçıları özlərini kral kimi aparırlar”.

Yaqub Mahmudov hesab edir ki, bu məsələnin qarşısı alınmalı, bu kimi özbaşınalıqlar yığışdırılmalıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir