Modern.az

Quba soyqırımı muzeyi mayda açılacaq - AÇIQLAMA

Quba soyqırımı muzeyi mayda açılacaq - AÇIQLAMA

21 Fevral 2013, 11:38

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba soyqırımı muzeyi bu ilin may ayında açılacaq. Bunu Qubadan seçilən deputat Yevda Abramov Modern.az-a açıqlamasında bildirib. Hazırda tamamlanma işlərinin getdiyini deyən deputat bildirib ki, soyqırımı muzeyinin açılışının mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar may ayına nəzərdə tutulduğunu qeyd edib.

“Bu istiqamətdə işlər artıq tamamlanmaq üzrədir. Mənə elə gəlir ki, mərhum prezidentimiz Heydər Əliyevin 90 ilik yubileyi ilə əlaqədar olaraq Qubada bir sıra obyektlərin açılışı olacaq. O cümlədən soyqırımı muzeyi də mayda istifadəyə veriləcək”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, Quba soyqırımı muzeyinin tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı