Modern.az

Tacikistan Avropaya çıxmaq üçün Bakı-Tiflis-Qars dəmiryolunu gözləyir

Tacikistan Avropaya çıxmaq üçün Bakı-Tiflis-Qars dəmiryolunu gözləyir

21 Fevral 2013, 12:06

Dünən Tacikistan Respublikasmın prezidenti Emomali Rahmonla Aərbaycan Respublikasmın Tacikistan Respublikasmdakı fövqəladə və səlahiyyətli səfıri Abbasəli Həsənovun görüşü olub.

Görüşün əvvəlində səfır Abbasəli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin salamlarmı Emomali Rahmona çatdırıb. Tacikistan prezidenti də öz növbəsində onun salamlarmı Azərbaycanın dövlət başçısma çatdırmağı səfırdən xahiş edib. Görüş zamanı Tacikistanla Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə olunub.  Qeyd olunub ki, çoxtərəfli əməkdaşlıq çərçivəsində Bakı -  Tiflis - Qars dəmir yolunun tikintisinin başa çatmasından sonra Tacikistan Əfqanıstan-Türkmənistan- BTQ dəmir yolu xətti ilə Avropaya çıxmaq  şansı qazanacq.
Emomali Rahmon İlham Əliyevin rəhbərliyi altında Azərbaycanm bütün sahələrdə dinamik və sürətli inkişaf etdiyini qeyd edib. Söhbət zamanı iki ölkə arasmda müxtəlif səviyyələrdə, eləcə də, ən yüksək siyasi səviyyədə imzalanmış çoxsaylı sənədlərin və sazişlərin əməli tətbiqi sahəsində işlərin gücləndirilməsi və sürətləndirməsinin vacibliyi vurğulanib. Qeyd olunub ki,  sözügedən sənədlərin effektiv və səmərəli həyata keçirilməsi iki dost və qardaş dövlətin münasibətlərini yeni səviyyəyə qaldıracaq.
Görüş zamanı tərəflər üçün maraq doğuran digər aktual məsələlər də müzakirə olunub.


Ləman Ağayeva
Düşənbə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir