Modern.az

İctimai Palata mitinqə hazırlaşır: Qərar elan olunacaq - AÇIQLAMA

İctimai Palata mitinqə hazırlaşır: Qərar elan olunacaq - AÇIQLAMA

21 Fevral 2013, 12:23

Müxalifət qüvvələrinin toplaşdığı İctimai Palata Bakıda etiraz aksiyaları ilə bağlı qərar verməyə hazırlaşır. Bu barədə Modern.az-a açıqlamasında, Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib.

“Kütləvi aksiyalarla bağlı məsələ müzakirə olunur, yaxın günlərdə yeni aksiyamızın vaxtı haqqında məlumat verəcəyik. Heç bir halda kütləvi aksiyalar dayandırılmayacaq. Cərimələr bizi yolumuzdan döndərməyəcək, etiraz aksiyalarımızı davam etdirəcəyik. Hələlik bu istiqamətdə müzakirə aparıb, aksiyanın vaxtını və yerini müəyyən edəcəyik”-deyə İP rəsmisi bildirib.

Hazırda yeni aksiya ilə bağlı müzakirələrin getdiyini deyən G.Aslanlı bildirib ki, müxalifət nümayəndələrinə qarşı külli miqdarda cərimələrin tətbiq olunmasında baxmayaraq İctimai Palata prezident seçkilərinə doğru silsilə etiraz aksiyalarını davam etdirəcək.

“Sadəcə yanvar ayında keçirilən ik aksiyada tətbiq olunan cərimələrlə əlaqədar qeyri-qanuni olaraq məhkəmə icraçılarının müxalifət nümayəndələrinin mənzillərinə girməsi və  bu kimi hallar var ki, müəyyən qədər aksiya məsələlərinin müzakirə olunmasına gətirib çıxardır”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi