Modern.az

Müsavat Partiyası Hacıbala Abutalıbova çağırış etdi

Müsavat Partiyası Hacıbala Abutalıbova çağırış etdi

21 Fevral 2013, 12:58

Müsavat Partiyası hələ də yer tapa bilmədiyi qurultayla əlaqədar yenidən Bakı şəhər İcra Hakimiyyətinə çağırış edib. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən partiyanın başqan müavini Gülağa Aslanlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Bakı şəhər İcra Hakimiyyətinə etdiyimiz müraciətə indiyədək cavab verilmir. Bu yaxınlarda Yeni Azərbaycan Partiyası da qurultayının vaxtını açıqladı. Onlar Heydər Əliyev sarayında qurultay keçirmək istəyirlər. Amma bizə hələ də yer vermək istəmirlər. İcra Hakmiyyətinin nümayəndələri ilə də əlaqə yaratmağa ehtiyac yoxdur. Buyursunlar, öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirsinlər”,-deyə partiya rəsmisi bildirib.

Qeyd edək ki, Müsavat Partiyası qurultayını keçirmək üçün indiyədək Bakı şəhər İcra Hakimiyyətinə rəsmi şəkildə dörd dəfə müraciət etsə də, hələ də mötəbər tədbirini keçirməyə müvəffəq olmayıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir