Modern.az

Rasim İldırımzadə Ramil Usubovun mövqeyini gözləyir - AÇIQLAMA

Rasim İldırımzadə Ramil Usubovun mövqeyini gözləyir - AÇIQLAMA

21 Fevral 2013, 13:03

“Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı bağlı rəsmi mövqeyini bildirdikdən sonra mən danışacağam”. Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik Rasim İldırımzadə Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videomateriala münasibət olaraq bildirib.

Rasim İldırımzadə ABU-nun eks rektorunu ittiham edərək “cinayətkar” adlandırıb.

“Onun haqqında materiallar, faktlar çoxdur. Hazırda bu faktlar cəmlənir. Onun özü cinayətkardır, cinayət məsuliyyətinə cəlb olunmalıdır”-deyə polis polkovniki qeyd edib.

Qeyd edək ki, ötən gün Elşad Abdullayev yeni bir video yayıb. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Videoda Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Polkovnik Rasim İldırımzadənin bir qardaşı Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır.

Gültəkin ƏLƏSGƏR 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər