Modern.az

Dövlət Yol Polisi yeni reyddə 73 sürücünü cəzalandırıb

Dövlət Yol Polisi yeni reyddə 73 sürücünü cəzalandırıb

21 Fevral 2013, 13:15

“Fevralın 20-dən başlayaraq Bakı şəhərində dayanma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində, ikinci cərgədə, avtobus dayanacaqlarında, kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində və s. saxlanılan nəqliyyat vasitəsinin sürücüsünə yol-patrul maşınlarında olan bort-kompüterlər vasitəsilə avtomatik olaraq yerində inzibati protokollar tərtib edilməsinə başlanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında bildirib ki, bununla bağlı nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilir. Şöbə rəisinin sözlərinə görə, reyd zamanı 73 sürücünün iştirakı olmadan inzibati qaydada protokol fotomaterialla birgə tərtib edilib və cərimə qiyməti göstərilməklə avtomobilin alın hissəsinə yerləşdirilib.

“Bakının Azərbaycan prospekti, İstiqlaliyyət, Əhməd Cavad və digər bir neçə küçələrində keçirilən reydlər zamanı 70-dən çox avtomobilin fotoşəkli çəkilərək şüşələrə qoyulub. Törətdiyi xətaya uyğun olaraq sürücülərin cərimə məbləği göstərilir. Bununla bərabər, maşınlar evakuasiya edilir. Şəhərin mərkəzi hissəsində evakuasiya edilməsi çətinlik törədir. Bu baxımdan daha asan metod var və bundan istifadə edirik. Avtomobil sahibi cərimən ilk 3 gündə ödəsə 10 faiz endirim, bir ay ərzində ödəsə olduğu kimi ödəyəcək. Bundan sonra da qeyd olunan kimi reydlərimiz davam edəcək”, – deyə V. Əsədov vurğulayıb.

 

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir