Modern.az

Ukraynada 4 minə yaxın dinc sakin öldürülüb

Ukraynada 4 minə yaxın dinc sakin öldürülüb

Dünya

18 May 2022, 13:40

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, 1406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1169-u yaşlı olmaqla 3752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.

 

Rəsmi məlumata görə, Donetsk və Luqansk vilayətlərində Ukraynanın nəzarətində olan ərazidə 1926 dinc sakin öldürülüb, 1648 sakin yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə