Modern.az

Facebook 70 yaşlı insanlar üçün “dərmandır”

Facebook 70  yaşlı insanlar üçün “dərmandır”

21 Fevral 2013, 17:58

ABŞ-ın Arizona Universiteti 65 yaşından yuxarı insanlar üçün sosial şəbəkələrin faydalı olduğunu müəyyən edib. Modern.az bildirir ki, bu nəticələri “The Daily Mail” qəzeti açıqlayıb. Araşdırmada qeyd olunur ki, bunun üçün test keçirilib.

Bu test yaddaşın nə dərəcədə surətli və keffiyyətli işləməsini yoxlayır.

Alimlər bu eksperimentə 68-91 yaş arası, həyatlarında heç vaxt sosial şəbəkələrdən istifadə etməmiş 14 nəfər cəlb ediblər. Onlara Facebook-da qrup üzvləri ilə dost olmaq tapşırığı verilib. Bunun üçün onlayn-gündəlik penzu.ru portalında qeydiyyatdan keçiblər.  8 həftəlik eksperiment bitdikdən sonra nəticələr yoxlanlıb.

Məlum olub ki, Facebook-da daimi yenilənmə beyini köhnə informasiyanı silərək və yaxud da yadda saxlayaraq yeni informasiyanı axtarmağa və diqqəti ora cəmləşdirməyə məcbur edir. Bu isə virtual oyunlardan fərqli olaraq bezdirici olmayan möhtəşəm bir məşqdir. Üstəlik sosial şəbəkələr  yaşlı nəsli daha çox sosial cəhətdən fəal olmağa sövq edir .


Günəş Fərhadlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir