Modern.az

MEDİA Qadir İbrahimlinin durumunu diqqətdə saxlayır

MEDİA Qadir İbrahimlinin durumunu diqqətdə saxlayır

Aktual

19 May 2022, 13:20

Medianın İnkişafı Agentliyi jurnalist Qadir İbrahimlinin vəziyyətini diqqətdə saxlayır. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Agentliyin şöbə müdiri Natiq Məmmədli məlumat yayıb.

 

"Dəyərli həmkarımız Qadir İbrahimlinin vəziyyəti diqqətimizdədir. Yerləşdirildiyi Respublika Klinik Tibb Mərkəzinin rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb və daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!"

 

Xatırladaq ki, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimli mayın 18-də Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Ona qaraciyər serrozu diaqnozu qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə