Modern.az

2012-2013-cü il üzrə 606 nəfər xaricdə təhsil almaq üçün müraciət edib

2012-2013-cü il üzrə 606 nəfər xaricdə təhsil almaq üçün müraciət edib

22 Fevral 2013, 11:18

Təhsil nazirinin müavini Qulu Novruzov xaricdə təhsil almaq üçün müraciət edənlərin statistikasını açıqlayıb. Modern.az-ın məlumatıma görə, o bildirib ki, 2011-2012-ci ildə xaricdə təhsil almaq üçün 715 nəfər elektron ərizə ilə müraciət edib. Onlardan 506 ərizə təsdiqlənib, 435 nəfər dövlət proqramı ilə xaricdə təhsil alıb. 2012-2013-cü ildə xaricdə təhsil almaq üçün 968 ərizə daxil olub. 712 ərizə təsdiqlənib və 606 nəfərə dövlət proqramı ilə xaricdə təhsil alıb.

“2012-2013-cü il üzrə 606 nəfər xaricdə təhsil almaq üçün  xaricə göndərilib.  Onlardan 222 nəfəri magistr, 205 nəfəri bakalvr, 159 nəfəri rezidentura, 20 nəfəri isə doktorantura üzrə təhsil alır”.

Xarici ali məktəblərdə oxuyan tələblərin 31%-i – tibbi ixtisas, 18%-i – iqtisadiyyat, 9,5%-ii humanitar, 9%-i – mühəndislik, 7%-i – idarəetmə, 4%-i – turizm, 2%-i – neft sənayesi və riyaziyyat, 0,5%-i – kənd təsərrüfatı üzrə təhsil alır”.

Q. Novruzov eyni zamanda bildirib ki, qəbul olunmayanların səsi qəbul olunanlardan daha çox çıxır. “Amma keçən il biz qəbul olunan tələblərlə görüşəndə onlara dedik ki, sizlərdən kimsə bununla bağlı prezident İlham Əliyevə təşəkkür etdi? Heç kim cavab vermədi. Amma onlar təşəkkür etməlidirlər ki, 30 minlik ali məktəbdə oxuyurlar”.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!