Modern.az

Əbülfəs Qarayev: “Mədəni irsinin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”

Əbülfəs Qarayev: “Mədəni irsinin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”

22 Fevral 2013, 11:20

Modern.az xəbər verir ki, Bu gün Bakıda “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.

Konfransı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. O bildirib ki, mədəni irsin qorunması Azərbaycan üçün nəinki daxildə gedən prosesləri əks elətdirir, eləcə də Azərbaycanın mədəni irs nümunəsi xarici ölkələrdə də təbliğinə yönəlib. “Azərbaycan mədəni irs nümunələri bu gün istənilən səviyyədə qorunmur. Çünki böyük hissəsi işğal altındadır. Həmin torpaqlarda mövcud olan mədəni irs nümunələrimizi nə qoruya, nə də mənimsəyə bilmirik. Azərbaycanda mədəni irsinin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır. Fikrimcə, bu proqramın qəbulu hər baxımdan öz təsirini göstərəcək”, – deyə nazir qeyd edib.

Konfransda baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev də çıxış edib. E. Əfəndiyev bildirib ki, 90-cı illərdə Azərbaycanın maddi-irs nümunələri də dağıdılıb, məhv edilib. Bunların xaricdə tanıdılması üçün yüksək texnologiyaların istifadə edilməsinin vacibliyini vurğulayan natiq, digər ölkələrdəki alimlərin bu təbliğat kompaniyasında əhəmiyyətindən də danışıb.

Nazir eyni zamnda bildirib ki, dövlət proqramının qəbul olunması dövlət qoruqlarının qorunmasını da əhatə edəcək.” Bu gün Azərbaycanda 7 minə qədər mədəni irs nümunəsi var. Köhnə siyahımızda isə 6 min 300, 8 irs idi. Onların qorunması bir nazirliyin görəcəyi iş deyil. Bu bütöv bir xalq işidir”.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, konsepsiya ilə təkcə Mədəniyyət Nazirliyi yox, ümumilikdə AMEA, eləcə də ali məktəblər, elmi tədqiqatla məşğul olan qurumlar məşğul olmalıdır. Onun sözlərinə görə, mədəni irs nümunələri ölkəyə gələn turistlər üçün tərcümə edilməlidir: “Burada dil tərcüməsindən söhbət getmir. Biz mədəni abidəni elə tərzdə təbliğ etməliyik ki, Azərbaycana gələn qonaqlar üçün maraqlı olsun”.

Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, müvafiq icra hakimiyyəti orqanlarının, Milli Elmlər Akademiyasının, elmi-tədqiqat institutlarının, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin nümayəndələri iştirak edirlər   

Gültəkin Ələsgər 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi