Modern.az

2020-ci ildə ÜDM iki dəfə artacaq

2020-ci ildə ÜDM iki dəfə artacaq

22 Fevral 2013, 11:22

“Son 10 ildə ümumi daxili məhsul (ÜDM) 3,4, adambaşına düşən gəlirlər 3, qeyri-neft sektoruna düşən gəlirlər isə 2,7 dəfə artıb”. Bu məlumatları “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

Nazir müavini qeyd edib ki, ötən illərdə əhalinin yarısı yoxsulluq səviyyəsində yaşayırdısa son illərdə bu rəqəm 8 dəfə enərək 6% olub. Yəni ölkənin inkişafı üçün yeni hədəflər müəyyənləşib. “Burada iqtisadi, sosial rifahın artırılması nəzərdə tutulub. Azad iqtisadi şəraitdə tənzimləmələr, insan resurslarının iqtisadi inkişaf konsepsiyası əsas götürüləcək. 2020-ci ildə adambaşına düşən ÜDM 2 dəfə artıraraq 13 mln. ABŞ dollarına çatdırmağı planlaşdırırıq. Bunun üçün qeyri-neft sektorundan gələn gəlirləri hər il 7% artırmaq şərti ilə inkişaf etdirmək hədəflərimizdən biridir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər