Modern.az

Ağdamdakı “Cümə” məscidində azanın bərpasına başlandı

Ağdamdakı “Cümə” məscidində azanın bərpasına başlandı

22 Fevral 2013, 11:32

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə Ağdamın Quzanlı qəsəbəsində “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” kampaniyasına start verib.

Modern.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin nümayəndələri, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbərliyi, o cümlədən ziyalılar, millət vəkilləri, ilahiyyatçılar, din xadimlərindən ibarət qrup Ağdam rayonunun girişində yerli dindarlar və rayon ictimaiyyəti ilə birgə Quzanlı qəsəbəsində Heydər Əliyevin abidəsini və Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra Ağdam rayonunun Çəmənli kəndində, cəbhə xəttinin 3-4 km-liyində yerləşən “Cümşüd” məscidində dindarların və rayon ictimaiyyətinin iştirakı ilə mitinq keçirilib, o cümlədən vaxtilə Ağdam “Cümə” məscidindən verilmiş azanın bərpası mərasiminə start verilib. Kampaniya cəbhə xətti boyunca davam edir.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər