Modern.az

Kanadadan rus oliqarxlara növbəti ZƏRBƏ

Kanadadan rus oliqarxlara növbəti ZƏRBƏ

Dünya

20 May 2022, 18:14

Kanada Rusiya oliqarxları, onların ailə üzvləri və prezident Vladimir Putinə yaxın adamlar da daxil olmaqla 14 nəfərə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Kanada hökuməti alkoqollu içkilər, tütün məmulatları, bəzi tekstil məhsulları və idman geyimləri, ayaqqabılar, dəbdəbəli geyim və aksessuarlar, zərgərlik məmulatları, mətbəx əşyaları və incəsənət nümunələri daxil olmaqla, lüks malların Rusiyaya ixracını qadağan edib.

 

Yeni sanksiyalar çərçivəsində Rusiyadan lüks malların idxalına da qadağa qoyulub. Eyni zamanda Kanada Rusiyadan alkoqollu içkilər, dəniz məhsulları, balıq və qeyri-sənaye almazlarını almağı dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir