Modern.az

Mübariz Qurbanlı Türkiyə prezidentinə atalar sözü ilə cavab verdi

Mübariz Qurbanlı Türkiyə prezidentinə atalar sözü ilə cavab verdi

22 Fevral 2013, 12:29

Bu gün Milli Məclisin plenar iclası “Xocalı” soyqırımını bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Modern.az xəbər verir ki, daha sonra YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanda keçirilən prezident seçkisindən danışıb. Deputat bildirib ki, bu seçkidə ciddi saxtakarlıqlar olub. Eyni zamanda o, Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrikinə də münasibət bildirib.

“Təəssüf hissi ilə deyirəm ki, saxta yolla seçilən Serj Sərkisyanı təbrik edənlər sırasında Abdulla Gül də var. Bir atalar sözü var: “Uman yerdən küsərlər”. Mən bunu deyirəm ki, Türkiyə ictimaiyyəti də bilsin”, – deyə deputat vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir