Modern.az

Qüdrət Həsənquliyev həmkarlarına cavab verdi

Qüdrət Həsənquliyev həmkarlarına cavab verdi

22 Fevral 2013, 13:07

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev İqbal Ağazadənin çıxışına münasibət bildirib. “Bəzi şəxslər bizi Rusiyaya işləməkdə və Türkiyəyə qarşı çıxmaqda günahlandırırlar. Halbuki həmin şəxslər vaxtilə Rusiyaya sığınmış və Azərbaycana ekstradisiya olunmuş Ayaz Mütəllibovun fəal dəstəkləyənləri idi. Biz Türkiyəyə qarşı çıxmırıq, o, bizim qardaş dövlətimizdir. Ancaq Türkiyə hökumətinin apardığı siyasəti tənqid edirik”, – deyə Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, Nuru paşa və Əbülfəz Elçibəylə bağlı təkliflərlə razılaşır. Eyni zamanda deputat Türkiyə və İranın Ermənistana yardımlar etməsini də tənqid edib. “Bu məsələləri İslam Konfransı Təşkilatında qaldırmalıyıq. Türk Hava Yolları ermənilərə məxsus “Aqos” qəzetini yayır. Mən bilmirəm ki, Bakıya uçan təyyarələr də bunu yayacaqlar, ya yox. Bu qəzet Xocalı əleyhinə məsələlər qaldırır. Sarkisyan dəfələrlə deyib ki, Xocalı qətliamını, Şuşanın işğalının başında duranlardan olub. Belə bir cinayətkarı necə təbrik etmək olar? Ancaq Türkiyəyə qarşı bu cür kampaniyanın da əleyhinəyəm”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?