Modern.az

Aqiyə Naxçıvanlı seçki dairəsində söz verib: “Problemlə şəxsən məşğul olacam”

Aqiyə Naxçıvanlı seçki dairəsində söz verib: “Problemlə şəxsən məşğul olacam”

22 Fevral 2013, 13:16

Modern.az saytının xəbərinə görə, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə millət vəkili Aqiyə Naxçıvanlı Oğuz rayonunda keçirilən “2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş şura iclasında iştirak edib. 19 fevral tarixindəki iclasda çıxış edən deputat məruzəsini Prezident İlham Əliyevin fevralın 12-də “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda qaldırdığı məsələlər üzərində qurub.

Deputat ölkədə gedən uğurlu inkişafa nəzər salaraq Oğuzun da bundan yetərincə bəhrələndiyini bildirib. A.Naxçıvanlı həmçinin bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəyini qeyd edərək, oğuzluların da bu siyasi kompaniyada fəal iştirak edəcəklərinə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərinə inandığını deyib.

Millət vəkili hesabat iclasından sonra Oğuz Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Qadınlarının 4-cü qurultayına hazırlıq mərhələsində Oğuz rayon qadınlarının konfransında da iştirak edib. Hesabat nitqi dinlənildikdən sonra A.Naxçıvanlı çıxışında ölkəmizdə qadın liderlər, gender bərabərliyi, qadınlara yaradılan şərait haqqında geniş məlumat verib. Həmçinin Oğuzda keçirmiş olduğu “Oğuz qadınlarının əsas problemləri və təklifləri” sorğusuna əsasən aşkar edilmiş və həlli vacib olan məsələlər ətrafında öz fikirlərini bildirib. Rayon rəhbərliyi tərəfindən konfransda qaldırılan problemlərə həssaslıqla yanaşılacağından əminliyini vurğulayıb.

Millət vəkili A.Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək, seçiciləri ilə də görüş keçirib. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib,  digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verib.
 
A.Naxçıvanlı daha sonra Qəbələyə gedərək, rayon qadınlarının konfransında da iştirak edib. O, Qəbələnin əvvəlki illərlə müqayisədə inanılmaz dərəcədə inkişaf etdiyini və bu inkişafda qadınların da rolunun az olmadığını qeyd edib. Xanım Naxçıvanlı Qəbələdə qadınların irəli çəkilməsində rayon rəhbərliyinin diqqət və səylərini yüksək qiymətləndirib.

Daha sonra millət vəkili Oğuza qayıdaraq bir neçə tədris müəssisəsinə baş çəkin, tədrisin keyfiyyəti və yaradılan şəraitlə yerində tanış olub. Bucaq kənd orta məktəbində olarkən məktəb rəhbərliyi, bələdiyyə, icra nümayəndəliyi və kənd ictimaiyyəti ilə də görüş keçiribr. Bu zaman o, Bucaq kəndində 1 il ərzində kəndin sosial problemlərinin həlli istiqamətində aparılan işləri - qazlaşmanın və içməli su xətlərinin çəkilişinin tam başa çatmasını yüksək dəyərləndirib. Lakin Bucaq kənd orta məktəbinin yeni istifadəyə verilməsinə baxmayaraq tikinti şirkəti tərəfindən bəzi nöqsanlara yol verildiyini də söyləyərək, aşkar olunmuş  catışmazlıqların bərpası ilə şəxsən məşğul olacağını bildirib.

Oğuza səfərinin sonunda Aqiyə Naxçıvanlı Oğuz rayonunda müvəqqəti məskunlaşmış, Xocalı rayonundan olan 15 ailəyə maddi yardım ayırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?