Modern.az

2013-cü ildə 234 mədəni abidənin pasportlaşdırılması nəzərdə tutulub

2013-cü ildə 234 mədəni abidənin pasportlaşdırılması nəzərdə tutulub

Aktual

22 Fevral 2013, 13:19

“Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu il 6 min 308 daşınmaz tarixi abidənin reysteri aparılacaq. Modern.az xəbər verir ki, nazir müavini onu da qeyd edib ki, 2001-ci ilin dövlət reysterinə əsaslanan bu məlumatın yenilənməsi üçün artıq ölkə ərazisində yeni aşkar olunmuş  abidələrin siyahısı hazırlanıb. Bu gün 1725 abidədən ibarət olan bu siyahı AMEA-nın müvafiq institutları ilə razılaşdırdıqdan sonra dövlət resysterinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

“Abidlərin  mühafizəsi 2013-cü ildə Azərbaycan elmi tədqiqat layihə  institutu tərəfindən nümunə olaraq Xəzər rayonununn Mərdəkan qəsəbəsində yerləşən dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan  “Böyük Mərədəkan” qəsrinin pasportu tərtib edilib. Bu nümunə əsasında ilk növbədə 234 abidənin pasportlaşdırılması nəzərdə tutulub. Cari işlərdən biri də mühafizə zonalarını əks etdirən xəritənin hazırlanmasıdır . Mütəxəssislərimiz tərəfindən hər il 50-yə yaxın mühafizə zonasının dəqiqləşdirilərək sənədləşir. Bununla yanaşı mühafizə zonası reyverinin pozulması  hallarına da rast gəlinir. Ötən il Gəncə, İsmayıllı, Oğuz, Şamaxı, Masallı, Ağcabədi və Granboy rayonlarında qeydə alınmış qanun pozuntularının qarşısı allınmış və aidiyyyatı orqanlara ünvanlanıb. Abidələrin təyinatı üzrə istifadəsini təyin etmək məqsədi ilə müntəzir tarix və mədəniyyət abidələrini  bərpa edən konservasiya və layihələndirmə işlərini aparmaqdadır.  Suraxanı qəsəbəsində “ Atəşgah” məbədindəki , Qubada Xınalıqda, Bərdədə “Alah-allah” məscidi , Gəncədə “Şah Abbas” ,Fizulidə “Şeyx Badu” türəblərində rekonstruksiya və bərpa işləri davam etdirilir. – deyə nazir müavini qeyd edib.

Vaqif Əliyevin sözlərinə görə, Şəki şəhəri Baş Dövlət-Tarix Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanıb. İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.Mədəniyyət abidələrin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə ölkəmiz yalnız mədəni irsin təbliği imkanı əldə etmir, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi baxımından qabaqcıl mexanizmlərin tətbiqinə də nail olur. 

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı