Modern.az

Siyavuş Novruzov ABŞ və Rusiyanı hədəfə aldı

Siyavuş Novruzov ABŞ və Rusiyanı hədəfə aldı

22 Fevral 2013, 13:23

Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla hər hansı əlaqədən söhbət gedə bilməz. Modern.az xəbər verir ki, bununla yanaşı, Ermənistandakı prezident seçkisinə münasibət bildirib. Bunu Azərbaycandakı seçkilərlə müqayisə edərək ABŞ, Rusiya kimi güclərin, həmçinin bir çox beynəlxalq təşkilatların seçkilərə 5-6 ay qalmış Azərbaycan haqqında bəyanatlarının yanlış olduğunu vurğulayıb.

Məclisin sədri Oqtay Əsədov bu çıxışa münasibət bildirərək deyib ki, Ermənistanda hansısa dövlətlərin iqtisadi maraqları yoxdur. “Ancaq siyasi maraqları olduğundan bu addımları atırlar”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır