Modern.az

“MKM ekspert olarkən mənə tapşırılan olmayıb, çünki...” – Qan Turalı

“MKM ekspert olarkən mənə tapşırılan olmayıb, çünki...” – Qan Turalı

23 Fevral 2013, 11:54

“Elçilik məsələsinin gündəmə gətirilməsini şəxsi həyata müdaxilə kimi qiymətləndirirəm”. Modern.az-a açıqlamasında bu sözləri Kulis.az dərgisinin baş redaktoru, eyni zamanda Milli Kitab Mükafatında bu il “Mustafa” romanı ilə iştirak edən Qan Turalı deyib.

  “Ədəbi prosesdə yüzlərlə insan iştirak edir və onlar Milli Kitab Mükafatından çox-çox əvvəl tanış olublar. Bu elçilik məsələsinin gündəmə gətirilməsini də şəxsi həyata müdaxilə kimi qiymətləndirirəm. Özünüzü o qadının, o kişinin yerinə qoysanız, nə dediyimi anlamaqda çətinlik çəkmərsiniz?” – deyə Qan Turalı qeyd edib.  MKM-də keçən il ekspert olan Qan Turalı bu cür hallarla rastlaşmadığını deyib: “Mən ekspert olduğum dövrdə heç bir xahişlə qarşılaşmamışam. Xarakterimi bilənlər məndən belə xahiş etməzdilər”. 

 

Qeyd edək ki, Milli Kitab Mükafatının təşəbbüsçüsü, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “əyri yollarla” müsabiqədə qalib olmaq istəyənlərin olduğunu söyləyib. “Bir yazıçı var, Milli Kitab Mükafatının qalibi olmaq üçün gecə-gündüz ekspertlərə zəng vurur. Gördü ki, alınmır, axırda ekspertlərinin birinin qızına elçi göndərməyi təklif edib”.

 

Sevinc İltifatqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir