Modern.az

9 yazıçının məzarına yazılan kəlamlar

9 yazıçının məzarına yazılan kəlamlar

Ədəbi̇yyat

23 Fevral 2013, 16:15

Modern.az saytı sizə 9 dünya şöhrətli yazarın məzar daşına yazılmış sözləri çatdırır.

Virginia Vulf -  Böyük Britaniya

Ey ölüm, özümü sənə doğru külək kimi sovuracağam, yenilməzcəsinə və boyun əymədən!

(“Dalğalar” kitabından)

Silvia Plath - ABŞ

Nəhəng dilli alovların ortasında belə, qızıl nilufır yetişdirmək olar

Con Kits - Böyük Britaniya

Adı sulara yazılmış olan şəxs burada yatır

F.Skot Fitzgerald və Zelda Sayre Fitzgerald - ABŞ

İndi səfər edirik… Biz o axıntıya qarşı gedən gəmilər... dayanmadan geriyə, keçmişə, sonra dərhal da gələcəyə atılsaq nə qəm... (“Möhtəşəm Gatsbi” romanından)

Robert Frost - ABŞ

Dünya ilə eşq uğrunda mübarizə apardım

Dorosi  Parker - ABŞ

Toz üzündən üzr istəyirəm.
(Parkerin bədəni öldükdən sonra yandırıldı, onun seçdiyi bu yazı məzar daşı yazısına əlavə olundu)

Oscar Vayld- Böyük Britaniya

O, öldü, amma hər şey bitmədi. Başqasının göz yaşında axıb gedəcək həyatın çayı… Bütün lənətli, qeyri-adi insanlar da onun əbədi yasını tutacaq.

Villyam Şekspir - Böyük Britaniya

Bu məzarı qoruyanı Tanrı qorusun. Sümüklərini tərpədəni isə Tanrı lənətləsin.

HG. Vells - ABŞ

Lənətə gəlmişlər! Sizə bunu söyləmişdim!

Hazırladı Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı