Modern.az

Müsavatın Naxçıvan təşkilatına yeni sədr seçildi

Müsavatın Naxçıvan təşkilatına yeni sədr seçildi

24 Fevral 2013, 15:08

Bu gün Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının növbəti konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Muxtar Respublikanın bir sıra rayonlarında konfrans nümayəndələrinə maneələr törədilib.

Xüsusən Kəngərli rayonunda müəllimlərin konfransda iştirakına imkan verilməyib. Belə ki, direktorlar müsavatçı müəllimlərdən məktəbə gəlmələrini tələb ediblər. Bildiriblər ki, şagirdlərin aylıq yoxlama testi keçiriləcək. Məktəbə gedən müəllimlər direktorların yalan danışdığının şahidi olublar.

Qeyd edilib ki, maneələrə baxmayaraq konfrans baş tutub. Konfransda ölkədəki, ictimai - siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr müzakirə olunub. Müsavat Partiyası Naxçıvan Təşkilatının ötən dövrdə fəaliyyəti qiymətləndirilib. Daha sonra Müsavat Partiyası Naxçıvan təşkilatının sədr, Nəzarət Təftiş Komissiyasına və Məclisinə seçkilər keçirilib. Sabir Vəliyev təşkilatın sədri, Telman Ağayev isə Nəzarət Təftiş Komissiyasının sədri seçilib.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı