Modern.az

TQDK müəllimləri bir araya topladı

TQDK müəllimləri bir araya topladı

25 Fevral 2013, 11:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən başlayaraq seminar-məşğələlər keçirir. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.  

Komissiyanın regional bölmələri tərəfindən də müvafiq bölgə üzrə 2013-cü ildə keçiriləcək imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək nəzarətçi müəllimlərlə seminar-məşğələlərin keçirilməsinə başlayıbdır.  

TQDK-nın Şəki regional bölməsi tərəfindən seminarlar 12.02.2013– 22.02.2013-cü il tarixlərində qrafikə uyğun olaraq Qax, Şəki, Mingəçevir, Balakən, Zaqatala, Qəbələ və Oğuz şəhərlərində keçirilib. Seminarlarda regional bölmənin nəzarətçi bazasında olan 1100 nəfərə yaxın nəzarətçi müəllim iştirak edib.  

Seminarlar Şəki regional bölmənin əməkdaşları tərəfindən aparılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır