Modern.az

Nazirlik əlil uşaqları Ukraynaya göndərəcək

Nazirlik əlil uşaqları Ukraynaya göndərəcək

Aktual

25 Fevral 2013, 12:24
Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçmələri təmin olunacaq.

Modern.az
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2013-cü ilin 18-22 fevral tarixlərində Ukraynada təcrübə səfərində olan bir qrup əməkdaşı ilə adıgedən klinikanın rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.

Səfər zamanı Nazirliyin əməkdaşları Beynəlxalq bərpa müalicəsi klinikasının iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar. Tanışlıq zamanı bildirilib ki, bu vaxtadək klinikada dünyanın 60 ölkəsindən, o cümlədən Almaniya, İsveçrə, Fransa, ABŞ-dan ümumilikdə 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib.

Azərbaycan Respublikası Prezidentinin  9 yanvar 2013-cü il tarixli sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul rolunu oynayır.

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi