Modern.az

YAP-çı deputat müxalifətçi gəncləri ermənilərlə döyüşə çağırdı - MÖVQE

YAP-çı deputat müxalifətçi gəncləri ermənilərlə döyüşə  çağırdı - MÖVQE

25 Fevral 2013, 12:43

 “Müxalifət hay-küydənsə, ermənilərlə cəhbədə özünü göstərsin”

«Biz gənclərimizi beynəlxalq miqyasda işğalçı Ermənistanla mübarizəyə daha çox cəlb etmişik. İstərdik ki, başqa partiyalar da, xüsusilə müxalifət düşərgəsi yersiz hay-küy qaldırmaq əvəzinə ermənilərlə vuruş cəbhəsində özlərini göstərsinlər. Amma biz bunun əksini görürük». Modern.az-ın məlumatına görə, bu fikirləri hakim partiyanın saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, hazırda YAP Gənclər Birliyi e-mail aksiyası keçirirərək bu təşkilatlara, xarici dövlətlərin müvafiq strukturlarına Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərir. Onun fikrincə, YAP-ın gənclərinin bu yöndəki fəaliyyəti digər gənclər təşkilatları üçün nümunə ola bilər.

«Biz gənclərimizi beynəlxalq miqyasda işğalçı Ermənistanla mübarizəyə daha çox cəlb etmişik. İstərdik ki, başqa partiyalar da, xüsusilə müxalifət düşərgəsi yersiz hay-küy qaldırmaq əvəzinə ermənilərlə vuruş cəbhəsində özlərini göstərsinlər. Amma biz bunun əksini görürük. Müxalifət dairələri işğalçılarla mübarizə əvəzinə, düşmən dəyirmanına su tökürlər ki. bu da yolverilməzdir. Bilirsiniz ki, Xocalı faciəsi ilə əlaqədar Ağ Evin saytında petisiyaya 100 mindən çox imza toplandı. Bu prosesdə də YAP-ın gənc üzvləri fəal iştirak ediblər. Bütün Azərbaycan gəncliyi və onun avanqard hissəsi olan YAP Gənclər Birliyi məqsədə çatmaq üçün bütün gücünü səfərbər etdi. Əlbəttə ki, bu hadisənin əhəmiyyəti böyükdür. Biz Ağ Evin Xocalı faciəsi ilə bağlı bəyanatını gözləyirik. Bütün bunlar göstərir ki, səmərəli fəaliyyət göstərməklə, qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür»- deyə, YAP icra katibinin müavini vurğulayıb.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır