Modern.az

Söz Azadlığı Şəbəkəsindən beynəlxalq qurumlara Xocalı müraciəti

Söz Azadlığı Şəbəkəsindən beynəlxalq qurumlara Xocalı müraciəti

Aktual

25 Fevral 2013, 13:21

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin növbəti toplantısında Xocalı soyqırımı ilə bağlı məsələ də müzakirə edilib. Qurumdan Modern.az-a verilən xəbərdə deyilir ki, təşkilat rəhbərliyi ermənilərin Rusiyaya aid 366-cı alayın şəxsi heyəti ilə birlikdə Dağlıq Qarabağın Xocalı şəhərində 21 il öncə – 26 fevral 1992-ci ildə gerçəkləşdirdiyi
soyqırım faktına dünya xalqlarının diqqətini bir daha cəlb etmək üçün beynəlxalq insan hüquqları və jurnalist təşkilatlarına müraciət göndərəcək.

Daha sonra İdarə Heyəti quruma üzvlük üçün edilən müraciətlərə baxaraq onları müsbət dəyərləndirib və 16 nəfər CASCFEN sıralarına qəbul edilib:

1. Allahverdi Dönməz – jurnalist
2. Arzu Şirinova – “Xaql Cəbhəsi” qəzetinin redaktoru
3. Dr. Almaz Ülvi – AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
“Xalq qəzeti”nin yazarı
4. Dr. Eldəniz Şamlı Abbaslı – araşdırmaçı jurnalist
5. Dr. Fuad Babayev – H.Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru
6. Fəridə İbadlı – yazar və tərcüməçi
7. İradə Teymurqızı – M.F.Axundov ad. Milli Kitabxanada kitabxanaçı
8. Könül Vəlibəyli – Bakı Milli Geyim Evinin art-direktoru, jurnalist
9. Lalə Xəlilqızı – filoloq
10. Müştəba İsmayıloğli – “Vətən uğrunda” qəzetinin baş redaktoru
11. Nazilə Gültac – şairə
12. Ramilə Qardaşxanqızı – yazar
13. Səid Əli – “Vətən uğrunda” qəzetinin müxbiri
14. Tahir Zahidoğlu – Besin MMC-nin direktoru, jurnalist
15. Zakir Ağdamlı – yazar
16. Zərəngiz Dəmirçi Qayalı – şairə, AzərTAc-ın mədəniyyət müxbiri

CASCFEN İH təşkilatın təmsilçilikləri məsələsini də müzakirə edərək Orta Asiya üzrə baş təmsilçinin təyin edilməsini gerçəkləşdirib. Qurumun sədri Azər Həsrətin təklifi ilə tanınmış jurnalist və ictimai xadim, AzTV-nin Almaniyadakı keçmiş təmsilçisi, hazırda Qazaxıstanda və Qırğızıstanda fəaliyyət göstərən və bu ölkələrdə dərc edilən “Vətən” və “Türkel” qəzetlərinin, həmçinin “Altın köprü” dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli CASCFEN-in Orta Asiya üzrə baş təmsilçisi təyin edilib. İH üzvləri tövsiyə ediblər ki, R.Məşədihəsənli Orta Asiya ölkələrinin hər birində ayrıca təmsilçinin təyin edilməsi ilə bağlı öz təkliflərini
hazırlasın.
İH bir sıra cari məsələləri də müzakirə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!