Modern.az

BAXCP seçkiyə «Dördüncü Respublika» şüarı ilə gedir

BAXCP seçkiyə «Dördüncü Respublika» şüarı ilə gedir

Aktual

25 Fevral 2013, 13:25

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.

İdarə Heyətinin iclasında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı yaranmış vəziyyət və prezident seçkilərinə hazırlıqla bağlı məsələlərə daha geniş yer ayrılıb. 

Müzakirələr nəticəsində İdarə Heyətinin üzvləri partiyanın seçki şüarının müəyyənləşdirilməsi və bu şüara uyğun seçki platformasının hazırlanması ilə bağlı razılığa gəliblər. İdarə Heyətinin qərarına əsasən BAXCP bu ilin oktyabrında keçiriləcək seçkilərə «Dördüncü Respublika» şüarı ilə gecəcək.

İdarə Heyəti seçki platformasının hazırlanmasını partiyanın müvafiq katibliklərinə həvalə edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı