Modern.az

Bakı Ali Neft Məktəbində Xocalı şəhidləri anıldı

Bakı Ali Neft Məktəbində Xocalı şəhidləri anıldı

25 Fevral 2013, 13:57

Modern.az-ın məlumatına görə Bu gün Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə rektor, millət vəkilləri və tələbələr Xocalı abidəsini ziyarət ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxış edərək bildirib ki, 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-cü düşmən gülləsinə tuş gəlib qətliam qurbanı oldu. Bu soyqırımın nəticəsində 63-uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq isə hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Rektor onu da bildirdi ki, əgər Xocalı kimi soyqırımdan sonra Azərbaycan ziyalısı Əkrəm Əylisli “Daş yuxular” əsərini yazaraq ermənilərə haqq qazandırırsa deməli bizim problemlərimiz hələ çoxdur.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” filmi nümayiş olunub.

Millət vəkili Bəxtiyar Sadıqov Xocalı soyqırımını XX əsərdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayət adlandırıb. O, tələbələrə bildirib ki, bu gün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top-tüfəng deyil informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Deputat bildirib ki, bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərə  və tarixinə sahib çıxan gənclərə ehtiyacı var.

Gültəkin Ələsgər           

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır