Modern.az

Özbəkistandakı səfirimiz Xocalı tədbiri keçirdi – FOTOLAR

Özbəkistandakı səfirimiz Xocalı tədbiri keçirdi – FOTOLAR

Aktual

25 Fevral 2013, 14:31

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  Azərbaycanın bu ölkədəki səfirliyi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar  tədbir keçirib. Modern.az xəbər verir ki, tədbirdə Türkiyə səfirliyinin əməkdaşları və diasporumuzun üzvləri, özbək və başqa xalqların  nümayəndələri, jurnalistlər, tələbə gənclər iştirak ediblər. Anım tədbirinə gələnlər mərkəzin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgi, həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” silsiləsindən nəşrlər və ermənilərin azərbaycanlılara qarşı uzun illər apardıqları mənfur siyasətdən bəhs edən digər kitablarla tanış olublar.


Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən qanlı soyqırımı barədə məlumat verib və qeyd edib ki, ermənilərin zaman-zaman xalqımıza qarşı apardıqları soyqırımı siyasətinın ən acınacaqlı səhifələrindən biri də Xocalının bir şəhər kimi yer üzünddən silinməsi faktıdır. Səfir soyqırımın tanıdılması istiqamətində çox ciddi işlər görüldüyünü, artıq dünyanın bir çox ölkələrində bu qətliamın soyqırımı kimi tanındığını qeyd edib. Diplomat eyni zamanda əlavə edib ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar da bu soyqırımı faktıının tanınması üçün birgə əməli iş görməlidirlər. Daha sonra  Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

Ləman Ağayeva,
Daşkənd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!