Modern.az

Azərbaycan alpinistləri Elbrus dağlarını fəth edəcək

Azərbaycan alpinistləri Elbrus dağlarını fəth edəcək

Aktual

25 Fevral 2013, 15:41

Avropanın ən yüksək nöqtəsi olan Elbrus zirvəsində beynəlxalq təlim-məşq toplantılarına start verilib.

Azərbaycan Alpinizm Federasiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan, Belarusiya, Rusiya və Ukrayna komandaları 14 gün ərzində birgə təlim məşqləri keçəcəklər.

Təlim-məşq toplantısında qış qalxma məşqləri həyata keçiriləcək. Həmçinin qış marşrutunun ən mürəkkəb və təhlükəli sahələri təkmilləşdiriləcək. Münasib hava şəraiti olarsa, o zaman zirvəyə qalxmağa cəhd ediləcək. Beynəlxalq idman toplantısında Azərbaycanı Dmitriy Şiyanov və Rüfət Qocayev təmsil edirlər. Dmitriy Şiyanov Dağ İdman Klubunun məşqçisi, Rüfət Qocayev isə Qartal klubunun rəhbəri və məşqçisidir.

Təlim-məşq toplantısı ukraynalı yüksəklik alpinizminin ulduzu 21 yaşlı Mariya Xitrikovanın xatirəsinə həsr olunub.

Qeyd edək ki, M.Xitrikova bir il öncə bu marşrutda  faciəvi şəkildə həlak olub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür