Modern.az

Xocalı soyqırımı məsələsi Gürcüstan parlamentində qaldırılacaq?

Xocalı soyqırımı məsələsi Gürcüstan parlamentində qaldırılacaq?

25 Fevral 2013, 17:35

“Xocalı soyqırımı ilə bağlı məsələnin Gürcüstan Parlamentində qaldırılması sual altındadır. Hazırda biz bu istiqamətdə müzakirələr aparırıq”. Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov Xocalı soyqırımının qanunverici orqanda müzakirəyə çıxarılması ilə bağlı məsələdən danışarkən Modern.az-a bildirib.

  “Hazırda biz azərbaycanlı deputatlar bu məsələ ilə bağlı müzakirə aparırıq. Dəqiq deyə bilmərəm Xocalı soyqırımı ilə bağlı məsələ Gürcüstan parlamentində qaldırılacaq yoxsa qaldırılmayacaq”-deyə deputat bildirib.  

Qeyd edək ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Gürcüstan parlamentində məsələ qaldırılacağı gözlənilirdi. 

Anar RÜSTƏMOV  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir