Modern.az

Hidayət Orucov Bişkekdə Xocalı tədbiri keçirdi - FOTO

Hidayət Orucov Bişkekdə Xocalı tədbiri keçirdi - FOTO

25 Fevral 2013, 17:47

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 21-ci il dönümünə həsr edilmiş anma mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün  Qırğızıstanda kompakt yaşayan soydaşlarımız Azərbaycan səfirliyinə gəliblər. Ölkəmizin  Qırğızıstandakı səfir Hidayət Orucov Xocalı soyqırımının Xatın, Babi-Yar kimi XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu və soyqırım qurbanlarına qarşı erməni silahlı dəstələri və bilavasitə onların havadarları olan keçmiş SSSR-yə məxsus 366-cı moto-atıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən danışıb.

Diplomat Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata kecirilən “Xocalıya Ədalət” hərəkətının bu soyqırımın geniş miqyasda tanınıdılmasında çox böyük rolunun olduğunu vurğulayıb. O, bu soyqırımın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına və bütün insanlığa qarşı qanlı bir cinayət faktı olduğunu söyləyib. Hidayət Orucov doğma yurdlarından didərgin düşmüş və bütün Azərbaycana səpələnmiş Xocalı sakinlərinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşadıqlarını qeyd edib.

Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını dünyada tanıdılması istiqamətində Azərbaycan dövləti bütün imkanlarından istifadə etdiyini bildirdi. Tədbir zamanı Qırğız Respublikasındakı yaşayan soydaşlarımızdan Nüsrət Məmmədov, Səid Fərəcov, Süleyman Rzayev, Hacı İlqar, Səməd Səmədov öz çıxışlarında Xocalı soyqırımın bəşəriyyətin ən ağır cinayətlərindən biri olduğunu və bu Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinin olduğunu bildiriblər.  

Tədbirin sonunda  çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunub..

Ləman Ağayeva, Bişkek.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi