Modern.az

İsmət Abbasovun xaricə səfərinin məqsədləri açıqlanıb

İsmət Abbasovun xaricə səfərinin məqsədləri açıqlanıb

25 Fevral 2013, 18:23

Kənd təsərrüfatı naziri İsmət Abasov 50-ci beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransanın Paris şəhərinə səfər edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, səfər çərçivəsində nazir İsmət Abasov Fransanın Aşağı Normandiya əyalətinə səfər edəcək, məşhur Kamambert pendirlərinin istehsalı müəssisəsi ilə tanış olacaq.

Nazir həmçinin Heyvanların Sağlamlığı üzrə Beynəlxalq Təşkilatın (OİE) baş katibi Bernard Vallatla, Avropa Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi Ringolds Arnitislə, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Federiko Kastellucilə görüşəcək.

Məlumat üçün bildirək ki, bu səfərin əsas məqsədlərindən biri də Azərbaycana ilk dəfə ətlik heyvanların gətirilməsi üçün danışıqların aparılmasıdır. Bu heyvanların Fransa ilə yanaşı, İtaliya, Macarıstan və Çexiyadan gətirilməsi planlaşdırılıb. Artıq ötən ay 300 baş ətlik heyvan ölkəyə gətirilib.

Bundan başqa, əlavə olaraq 300 baş heyvan fevralın 28-nə qədər, digər 300 baş isə martın ortalarına qədər ölkəyə gətiriləcək. Bununla da Azərbaycana bu il üçün gətiriləcək ümumi mal-qaranın da məhz 70 faizi ətlik olacaq. Ətlik heyvanların gətirilməsi ilə ölkədə ət istehsalının 2 dəfə artırılması planlaşdırılır.

Aytən ƏLİYEVA

     
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir