Modern.az

Rusiyanın gün ərzindəki itkiləri açıqlandı

Rusiyanın gün ərzindəki itkiləri açıqlandı

Dünya

28 May 2022, 23:25

Son sutkada Donbasda Ukrayna Silahlı Qüvvələri rusların 7 hücumunu dəf edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hazırda üç ərazidə döyüşlər davam edir. Ruslar döyüş təyyarələrindən, raket sistemlərindən, iriçaplı artilleriyadan, tanklardan, müxtəlif minaatanlarından istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket və bomba zərbələri endirirlər.

 

Qeyd olunur ki, Ukrayna əsgərləri son 24 saat ərzində Rusiyanın 1 tank, 6 avtomobilini məhv edib, “Orlan-10” pilotsuz uçuş aparatı vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat