Modern.az

Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı

Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı

31 May 2022, 16:52

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?