Modern.az

Azərbaycan Litvaya nota verib

Azərbaycan Litvaya nota verib

27 Fevral 2013, 13:07

Azərbaycan Litva Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılması təşəbbüsünün irəli sürülməsi ilə bağlı etiraz notası təqdim edib. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Bu, Litva Seyminin bəzi ermənipərəst deputatlarının təşəbbüsüdür və rəsmi əsası yoxdur", - diplomatik missiyadan qeyd ediblər.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu məsələ ilə əlaqədar Litva parlamenti və bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib.

"Hər iki görüşdə Litvanın rəsmi şəxsləri təsdiq ediblər ki, bu təşəbbüs ölkənin rəsmi mövqeyi deyil. Litvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi mövqeyi dəyişməzdir - Litva bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir", - səfirlikdən bildiriblər.

Hazırda diplomatik missiyada notaya rəsmi cavabı gözləyirlər.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir