Modern.az

Rüstəm İbrahimbəyovla bağlı bəyanat verildi

Rüstəm İbrahimbəyovla bağlı bəyanat verildi

27 Fevral 2013, 19:38

İctimai Palata Azərbaycan Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə,  İP hesab edir ki, hətta Rütəm İbrahimbəyov kimi tanınmış şəxsin, ağsaqqal ziyalının siyasi motivlərə görə, yəni  Azərbaycandakı  ictimai - siyasi vəziyyətə, islahat tələblərinə və 2013- cü il prezident seçkilərinin demokratik keçirilməsi uğrunda ictimaiyyəti səfərbər olması çağırışlarına görə həbs təhlükəsi, təhdidi ilə üz - üzə qalması Azərbaycandakı vəziyyəti  bütün çılpaqlığı ilə açıb ortaya qoyur.

Bəyanatda qeyd edilib ki, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətinin mənəvi müqavimət mənbələrindən biri kimi misilsiz nüfuza malik şəxsiyyətdir və  irticaya qarşı xalqın müdafiə sütunlarından biridir. Buna baxmayaraq İcimai Palata hesab edir ki, onun özünün müdafiəsi  bu gün hər bir azərbaycanlı üçün vicdan məsələsidir. Hər kəsin bu məsələdə öz mövqeyini açıq şəkildə ifadə etməsi toplumun mənəvi vəzifəsidir.

İctimai Palata Rüstəm İbrahimbəyova qarşı kampaniyanı nifrətlə pisləyir və onu birmənalı şəkildə müdafiə etdiyini, bu istiqamətdə tələb olunan addımlara hazır olduğunu bəyan edir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir