Modern.az

Ankarada Xocalı stendlərini dağıdanlar həbs olundular

Ankarada Xocalı stendlərini dağıdanlar həbs olundular

27 Fevral 2013, 20:12


Fevralın 24-də Ankaranın Kızılay meydanında Xocalı faciəsi ilə bağlı qurulmuş stendə və təşkilatçılara hücum etmiş qrup polisin keçirdiyi əməliyyat nəticəsində bu gwn həbs olunub.

Ankaranın Çankaya polisinin təmsilçisi Tolga Metin BBC Azərbaycancaya bildirib ki, hucumun iştirakçılarının hamısı dünən axşam saatlarında polis tərəfindən keçirilmiş əməliyyat zamanı ələ keçiblər.

O deyib ki, "hücumçuların hansı təşkilkata bağlı olduqları da polisə məlumdur".

Polis təmsilçisi həbs olunanların PKK və ya kommunist təşkilatına bağlı olduğu barədə məlumatları şərh etməyib. "Mən PKK və ya hansisa təşkilatın adını çəkə bilməyəcəyəm. Amma onların sol düşüncəli təşkilata bağlı olduqları bəllidir. Bu aksiya sadəcə Xocalı aksiyası ilə bağlı olmayıb. Bu hücum solcular tərəfindən sağ düşüncəli qrupa qarşı yönələn hücumdur. Onlar Xocalı ilə deyil, başqa bir mövzu ilə bağlı aksiya da keçirmiş olsaydılar, bu adamlar onlara hücum edəcəkdilər" polis təmsilçisi bildirib.

Lakin Tolga Metin həbsə alınanların sayını söyləməyib.

Amma aksiyanın təşkilatçılarından biri Gökbörü Turancı Düşüncə Birliyinin rəhbəri İsmail İpek BBC Azərbaycancaya deyib ki, bu gün onu və xasərət alan digər 7 nəfəri "hücum aktına görə həbs olunan 34 nəfərin tanınmasını keçirmək üçün Çankaya polisinə dəvət ediblər".

Ötən bazar günü Ankaranın mərkəzi səmti Kızılay meydanında Xocalı faciəsi ilə bağlı təbliğat aparmaq məqsədi ilə qurulmuş stend bir qrup gənc tərəfindən dağıdılmışdı.

"Gökbörü Turancı Düşüncə Birliyi"nin təşkilatçılığı ilə qurulmuş stenddən Xocalı soyqırımını əks etdirilən broşürlər dağıdılaraq fotolar yerə atılmışdı

Xocalı soyqırımı üçün imza toplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasındakı döyüşdə dərnək üzvlərinin yaralandığı bildirilirdi.

Hücuma məruz qalanlar bunun "ermənipərəst kommunistlər və kürdlər" tərəfindən təşkil olunduğunu iddia edir.

Hücumla bağlı heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Çankaya polisinin Kızılay səmti üzrə bölmə rəisi Tolqa Metinin sözlərinə əsasən, hadisənin mahiyyəti "Xocalı faciəsi ilə bağlı stend quraşdıran gənclərlə onların əleyhdarı olan gənclər arasında bəsit dava olub".

Tolqa Metin qeyd edib ki, hücumun Ankara Valiliyindən verilmiş rəsmi icazə əsasında keçirilmiş aksiyaya qarşı törədilməsi hücumçular üçün ağırlaşdırıcı haldır. O, Türkiyənin Cəza Qanununa əsasən, dövlət qurumlarının icazə verdiyi tədbirə hücum edənlərə həbs cəzasının nəzərdə tutulduğunu deyib.

Hücumçuların yaşı və sayına gəlincə, polis, kamera görüntülərinə istinad edərək onların təxminən 17-20 yaşlarında gənclər olduğunu bildirib.

Aksiyanın təşkilatçısı "Gökbörü Turancı Düşüncə Birliyi"nin rəhbəri İsmayıl İpek Kızılay meydanında Xocalı faciəsi ilə bağlı stendin qoyulmasına Ankara Valiliyi, Ankara Emniyyet müdürlüyü və Çankaya bəldiyyəsi tərəfindən rəsmi icazə alıblar.

İsmayıl İpek deyib ki, fevralın 24-də axşam 4.50-də "Hepimiz ermeniyiz, hepimiz kürdüz, hepimiz Hrantız" şüarları ilə stendə hücum olunub.

Hadisədən sonra müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya aparılaraq burda ilkin müayinə və müalicə aldıqdan sonra buraxılıblar.

Ankara polisi hücumdan dərhal sonra təhqiqata başlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır