Modern.az

Musa Quliyev: “Transplantasiya təcrübəsinin Azərbaycana gətirilməsi yaxşı olardı”

Musa Quliyev: “Transplantasiya təcrübəsinin Azərbaycana gətirilməsi yaxşı olardı”

28 Fevral 2013, 10:42


“Beyin ölümünün müəyyənləşdirilməsi üçün meyarlar Azərbaycanda yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.

Onun sözlərinə görə, insan orqan və ya toxumalarının trasplantasiyası kimi vacib bir təcrübənin Azərbaycana gətirilməsi yaxşı olardı. Lakin bunun üçün texniki-təşkilati işlər görülməlidir.

“Gərək Səhiyyə Nazirliyi, Nazirlər Kabineti müvafiq sənədlər hazırlasın, lazımi standartlar olsun, ondan sonra bunun üçün təbliğata başlansın. Əsas amillərdən biri beyin ölümünün təsdiqi üçün komissiyanın yaradılması, Bakıda və ya digər böyük şəhərlərdə bu işə məsul klinikaların ayrılmasıdır. Çünki bu günlər beyin ölümünün müəyyənləşdirilməsi üçün meyarlar Azərbaycanda yoxdur”.                          

Qeyd edək ki, Azərbaycanın “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanun 28 oktyabr 1999-cu ildə qəbul edilib. Qanuna görə, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və ya toxumalarından istifadə oluna bilər.

Ulduz İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?