Modern.az

Artur Rasizadə martın 15-də Milli Məclisdə hesabat verəcək

Artur Rasizadə martın 15-də Milli Məclisdə hesabat verəcək

28 Fevral 2013, 12:24

Nazirlər Kabinetinin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub.

Modern.az saytının məlumatına görə, martın 15-də Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, hər il olduğu kimi, bu il də hökumətin hesabatı mart ayında dinləniləcək. Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək.
 
Nazirlər Kabinetindən də məlumatı təsdiqlədilər. Bildirildi ki, artıq hesabat hazırdır və yaxın günlərdə Milli Məclisə göndəriləcək.   

Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir. 

Parlamentdə hökumətin 2012-ci ilin yekunlarına dair hesabat məruzəsinin Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi