Modern.az

Fransada azərbaycanlıların döyülməsinə görə hələ heç kim həbs olunmayıb

Fransada azərbaycanlıların döyülməsinə görə hələ heç kim həbs olunmayıb

28 Fevral 2013, 12:42

Fransa Milli Assambleyasında Xocalı ilə bağlı Azərbaycan həqiqətlərini dediklərinə görə ermənilər tərəfindən döyülən Mirvari Fətəliyeva və Vüsal Hüseynovun işi ilə bağlı hələ heç kim həbs olunmayıb. Bu barədə Modern.az-a açıqlamasında Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva deyib. O qeyd edib ki, onlar bu gün məlum hadisə ilə bağlı Fransanın hüquq-mühafizə orqanlarına şikayət edəcəklər.

“Artıq proseduralar bundan sonra başlayacaq və vəkillə görüşlərimiz olacaq”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır