Modern.az

Muğanbank-dan 8 Mart münasibətilə xanımlara pulsuz plastik kartlar

Muğanbank-dan 8 Mart münasibətilə xanımlara pulsuz plastik kartlar

28 Fevral 2013, 13:23



“Muğanbank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara pulsuz “Master Standard” kartı təklif edir. Belə ki, martın 1-dən 8-dək hər bir xanım şəxsiyyət vəsiqəsilə bankın istənilən filialına yaxınlaşaraq pulsuz “Master Standard” kartı əldə edə bilər.

Xatırladaq ki, «Master Standard» plastik kartları dünyanın istənilən nöqtəsində alış-veriş zamanı mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün gözəl vasitədir. «Master Standard» plastik kartı vasitəsilə kart sahibi səyahət zamanı otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və bu kimi digər imkanlar əldə edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir